Şəkidə qəza - Maşın çaya düşdü

img

Şəkidə iki avtomobil toqquşub, avtomobillərdən biri çaya düşüb.

Rezonans.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında şəhər ərazisində qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Vüqar Məmmədovun idarə etdiyi "Wolskvagen Bora" markalı avtomobillə "Hyundai" markalı avtomobil toqquşub. Qəzadan sonra idarəetmədən çıxan "Wolskvagen" Qurucana çayına düşüb. Nəticədə sürücü, 34 yaşlı V. Məmmədov müxtəlif dərəcəli xəsarətlərlə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: