
Zaqatalada yaşayış evi yanıb.
Rezonans.az xəbər verir ki, yanğın Zaqatala rayonu Muğanlı kənd sakini 1957-cı il təvəllüdlü İbrahimov İbrahim Həsən oğluna məxsus yaşayış evində baş verib. Yanğın yerinə FHN əməkdaşları cəlb edilib.
Yanğın zamanı ümumi sahəsi 480 kv.m olan yaşayış evinin 2-ci mərtəbəsi və tavan hissəsi tamamilə yanıb.Evin qalan hissəsi yanğından mühafizə olunub. Xəsarət alan olmayıb.