Şamaxı sakini odlu silahla özünü ÖLDÜRDÜ

img

Şamaxı rayonunda intihar hadisəsi baş verib.

Rezonans.az-ın məlumatına görə hadisə bu gün saat 18:00 radələrində Şamaxı rayonunun Cabanı kəndi ərazisində qeydə alınıb. Rayonun Sabir qəsəbəsinin sakini Eyyubov Hünər Ramiz oğlu ov tüfəngindən özünə atəş açaraq intihar edib.

Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Meyit müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə aparılıb.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Xəbəri paylaş: