FTX-nin qurucusunun 700 milyon dollarlıq aktivinə həbs qoyuldu

img

FTX kriptovalyuta birjasının qurucusu və keçmiş baş direktoru, dələduzluq və çirkli pulların yuyulması da daxil olmaqla 8 cinayətdə mühakimə olunan Sam Bankman-Fried-in təxminən 700 milyon dollarlıq aktivinə həbs qoyulub.

Rezonans.az xəbər verir ki, Nyu-Yorkun Cənub Dairəsi prokuroru Damian Uilliams, məhkəmə sənədlərinə əsasən, müsadirə ediləcək səhmlərin, nağd pulların və kriptovalyutaların 10 hesabını müəyyən edib.

Bu çərçivədə Bankman-Fried-in təxminən 700 milyon dollarlıq aktivinə müsadirə edilib. 

Fırıldaqçılıqda təqsirli bilinərsə, Bankman-Fried sözügedən fəaliyyətini dayandıracaq.

Xəbəri paylaş: