Zelenski və xanımı ölən nazirin dəfn mərasimində

img

Ukrayna prezidenti Volodimir Zelenski və xanımı Yelena Zelenskya Kiyev vilayətinin Brovarı şəhərində helikopter qəzasında həlak olan daxili işlər naziri Denis Monastırskinin və Ukrayna Daxili İşlər Nazirliyinin digər əməkdaşlarının dəfn mərasimində iştirak ediblər.

Rezonans.az xəbər verir ki, dəfn mərasimindən fotolar "Klymenko Time Telegram! kanalında dərc olunub.

Kadrlarda Ukrayna liderinin həyat yoldaşı ilə birlikdə tabuta gül qoyması əks olunub. Zelenski Monastırskinin qohumlarına yaxınlaşaraq onlarla söhbət edib. 

Yanvarın 18-də Kiyev vilayətinin Brovarı şəhərində uşaq bağçası və yaşayış binasının yaxınlığında helikopter qəzaya uğrayıb. Təyyarədə Ukraynanın daxili işlər naziri Denis Monastırski və onun müavini Yevgeni Enin olu . Onların hər ikisi, eləcə də bir sıra məmurlar qəza nəticəsində həlak olublar. Helikopterin qəzaya uğraması ilə bağlı cinayət işi başlanıb.

Denis Monastırski Ali Rada tərəfindən 2021-ci il iyulun 16-da Ukraynanın daxili işlər naziri vəzifəsinə əvvəlki nazir Arsen Avakov istefa verdikdən sonra təyin edilib. Mərhum nazirin həyat yoldaşı və iki övladı qalıb.

Xəbəri paylaş: