Slovakiyada referendum keçirilir

img

Slovakiyada növbədənkənar seçkilərin keçirilməsi və hazırkı parlamentin səlahiyyətlərinə xitam verilməsi üçün ölkə konstitusiyasına dəyişiklik edilməsi ilə bağlı ümumxalq səsverməsi keçirilir.

Rezonans.az xarici KİV-ə istinadən xəbər verir ki, səsvermə yerli vaxtla saat 21:00-a qədər davam edəcək.

Ümummilli referendumun keçirilməsi barədə qərar ötən il Slovakiyada üç müxalifət partiyasının bu səsvermənin lehinə 380 mindən çox səs topladıqdan sonra ölkə Prezidenti Zuzana Çaputova tərəfindən qəbul edilib.

Xəbəri paylaş: