Türkiyənin İsveçdəki səfirliyinin qarşısında Quran YANDIRILDI

img

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranın yandırılmasına sərt reaksiya verib. 

Rezonans.az xəbər verir ki, o, bu barədə Tviter hesabında paylaşım edib.

“Stokholmda Qurani-Kərimin yandırılması açıq-aşkar nifrət və insanlıq cinayətidir. Biz bunu qətiyyətlə pisləyirik. Bütün xəbərdarlıqlarımıza baxmayaraq, bu hərəkətə icazə vermək cinayətkar nifrət və islamofobiyanı təşviq edir. Müqəddəs dəyərlərə təcavüz azadlıq deyil, müasir barbarlıqdır",- deyə rəsmi qeyd edib.  

Bildirək ki, İsveç hakimiyyəti Danimarkanın ifrat sağçı Stram Kurs hərəkatının lideri Rasmus Paludana Quranın nüsxəsini açıq şəkildə yandırmağa yenidən icazə verib.

Xəbəri paylaş: