Rusiyada dəmiryol çənlərində yanğın oldu

img

Rusiyanın İrkutsk vilayətinin Anqarsk şəhərinin sənaye sahəsindəki neftdoldurma qurğusunda dəmir yolu tankerlərinin doldurulması zamanı yanğın baş verib.

Rezonans.az xəbər verir ki, tezliklə alov böyüyüb və ərazidən qatı tüstü qalxıb. Təxminən 2 saatlıq işdən sonra alov nəzarət altına alınıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin İrkutsk Regional İdarəsi tərəfindən verilən açıqlamada 3 dəmiryol çəninin tamamilə yandığı və doldurma qurğusunun 400 kvadratmetrinin yararsız hala düşdüyü bildirilib.

Yanğının baş vermə səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.

Xəbəri paylaş: