Pakistan İsveçi buna görə QINADI

img

Pakistan Xarici İşlər Nazirliyi İsveçdə "Qurani-Kərim"in yandırılmasını ən sərt şəkildə pisləyib və bunu "iyrənc bir hərəkət" kimi qiymətləndirib.

Rezonans.az xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyindən verilən açıqlamada, bu həssas və təxribatçı hərəkətin dünya üzrə 1,5 milyarddan çox müsəlmanın dini həssaslığını təhqir etdiyi bildirilib.

Bu cür hərəkətlərin qanuni ifadə azadlığı çərçivəsində sayıla bilməyəcəyinə diqqət çəkən bəyanatda ifadə azadlığının beynəlxalq hüquq çərçivəsində nifrət ifadələri etməmək, insanları zorakılığa təhrik etməmək kimi öhdəliklər daşıdığı xatırladılıb.

Xəbəri paylaş: