Ərdoğan sabah hökuməti toplayacaq

img

Türkiyədə sabah hökumətin iclası keçiriləcək.

Rezonans.az xəbər verir ki, toplantıya ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan sədrlik edəcək.

Bildirilib ki, əsas müzakirə mövzularından biri İsveç paytaxtı Stokholmdakı Türkiyə səfirliyi yaxınlığında keçirilən aksiyada "Quran" kitabının yandırılması və rəsmi Ankaranın buna cavabı olacaq.

Həmçinin bir sıra iqtisadi məsələlər, hicabla bağlı konstitusiya dəyişiklikləri, eləcə də seçki məsələləri müzakirə ediləcək.

Xəbəri paylaş: