Braziliya və Argentina ümumi valyuta yaradacaqlar

img

Argentina və Braziliya ümumi valyuta yaradacaqlar.

Rezonans.az xəbər verir ki, gələcəkdə Latın Amerikasının iki ən böyük iqtisadiyyatının layihəsinə regionun digər ölkələri də dəvət olunacaq.

Yeni valyuta bloku dünyada ikinci ən böyük valyuta bloku ola bilər. Financial Times-ın məlumatına görə, yeni pul vahidi ispan dilində “cənub” mənasını verən "sur" adlanacaq. Argentina İqtisadiyyat Nazirliyinin rəhbəri Serxio Massa qəzetə bildirib ki, departament vahid valyutanın yaradılması üçün zəruri olan parametrləri öyrənməyə başlayacaq.

İndi Braziliyada əsas pul vahidi "real", Argentinada isə "peso"dur.  

Xəbəri paylaş: