İspaniya Ukraynaya humanitar yardım üçün 38 milyon avro ayırıb

img

İspaniya Ukraynaya humanitar yardım üçün 38 milyon avro ayırır

Rezonans.az xəbər verir ki, bu barədə krallığın baş naziri Pedro Sançes məlumat verib.

Biz bir ölkəyə rekord məbləğdə humanitar yardım ayırdıq - 38 milyon avro", - o, Deputatlar Konqresində çıxışı zamanı deyib.

Bundan əvvəl Sançes Madridin Kiyevə 300 milyon avrodan çox hərbi dəstək verdiyini bildirmişdi. Ötən ilin dekabrında məlum olub ki, İspaniya ildə təxminən 2,5 min Ukrayna hərbçisinə təlim keçməyi planlaşdırır. Söhbət ibtidai təlim, partlayıcı qurğuların zərərsizləşdirilməsi və atışlardan gedir.

Xəbəri paylaş: