Yaponiya sahillərində yük gəmisi batıb

img

Honq-Konqda qeydiyyatdan keçmiş yük gəmisi Yaponiyanın Naqasaki prefekturasındakı Dandzo adaları sahillərində batmaq təhlükəsi ilə üzləşib.

Rezonans.az xarici mətbuata istinadən xəbər verir ki, gəminin göyərtəsində 22 nəfər - Çin və Myanma vətəndaşları olub. Onlar yanvarın 24-ü axşam saatlarında fəlakət siqnalı veriblər. 

Hadisə yerinə Sahil Mühafizəsinin patrul katerləri göndərilib. Hazırda xilasetmə əməliyyatı aparılır. Yaxınlıqda olan tankerin ekipajı da könüllü olaraq köməyə gəlib.

Xəbəri paylaş: