Salyanda ev yandı

img

Salyan rayonunun Kür Qaraqaşlı kəndində ev yanıb.

Rezonans.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 220 m² (hər mərtəbəsi 110 m²) olan ikimərtəbəli evin yanar konstruksiyaları 160 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbəri paylaş: