Oğuzda şadlıq sarayında YANĞIN

img

Oğuz rayonunda şadlıq sarayında yanğın olub.

Rezonans.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonun Padar kəndində ümumi sahəsi 1250 m² olan birmərtəbəli şadlıq sarayının mətbəxində 1 ədəd elektrik lövhəsi, 1 ədəd rəf və dam örtüyünün taxta atmaları 5 m² sahədə yanıb. Şadlıq sarayının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbəri paylaş: