"Ermənistan səhvlərindən dərs çıxarmalıdır" – XİN rəsmisi

img

Ermənistan keçmişin səhvlərindən dərs çıxarmalı, sülh müqaviləsini imzalamalıdır.

Rezonans.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “Twitter” hesabında bildirib.

"Zaman vacibdir. Reallığa əsaslanan həqiqi siyasət yeni faciələrin qarşısını almağa qadirdir. İrəvan xəyallara və fantaziyalara arxalanmağı dayandırmalı, faktları qəbul etməlidir”, - deyə paylaşımda qeyd olunub.

Xəbəri paylaş: