Ombudsman Beynəlxalq Qadın Sosial Sahibkarlıq Forumunda çıxış edib

img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Beynəlxalq Qadın və Sosial Sahibkarlığın İnkişafı Mərkəzi (WEIA), MediaOST və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən Beynəlxalq Qadın Sosial Sahibkarlıq Forumunda çıxış edib.


Rezonans.az xəbər verir ki, Ombudsman  çıxışında bərabərlik və azad sahibkarlıq hüquqlarının Konstitusiyamızda  təsbit olunduğunu qeyd edərək, ölkəmizdə kişi və qadın sahibkarlar üçün bərabər imkanların yaradılması istiqamətində mütəmadi olaraq tədbirlərin görüldüyünü bildirib. S. Əliyeva qadınlar arasında sahibkarlığın inkişafı və onların məşğulluq imkanlarının artırılması üçün qanunvericiliyin təkmilləşdirilməsi,  dövlət proqramları, milli fəaliyyət və tədbirlər planları, habelə strategiyalarda bu məsələnin nəzərə alınması kimi zəruri addımların atıldığını diqqətə çatdırıb.  

Müvəkkil sahibkarların, o cümlədən sahibkar qadınların hüquqlarının müdafiəsini və təşviqini  daim diqqət mərkəzində saxladığını qeyd edib. S.Əliyeva təsisatın bu sahədə fəaliyyətindən danışarkən bildirib ki, biznes strukturlarının korporativ məsuliyyətinin artırılması, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər  həyata keçirilməkdədir.

Bunda əlavə, qadın sahibkarların bilik və bacarıqlarının, iqtisadi fəallıqlarının artırılması istiqamətində təkliflər irəli sürüldüyü tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Xəbəri paylaş: