Kiyevdə soydaşlarımız Türkiyə səfirliyinə başsağlığı verib

img

Kiyev şəhərində yaşayan Azərbaycan icması  Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə bağlı qardaş xalqa başsağlığı verib.

Ukrayna azərbaycanlılarının bir qrup fəalı Türkiyənin cənub-şərqində baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar qardaş ölkənin Ukraynadakı  səfirliyini ziyarət edib.

Ziyarət zamanı Kiyev  şəhərində  yaşayan azərbaycanlıların adından səfirliyin binasının önünə  gül dəstələri qoyulub, həlak olanların xatirəsi ehtiramla yad edilib, yaralıların tezliklə sağalması arzu olunub. 

“Analitika və İnformasiya Platforması” təşkilatın sədri Qulu ibrahimov, təşkilatın idarə heyətin üzvü Yurii İsakov, diaspora fəalı Yalçın Qəhrəmanoğlu, Azər Alıyev və digər soydaşlarımız Türkiyənin Ukraynadakı səfiri Yağmur Əhməd Güldərə ilə görüş zamanı  baş vermiş fəlakətlə  əlaqədar üzüntülərini ifadə edib, həlak olanlara rəhmət, yaralılara şəfalar diləyiblər, qardaş Türkiyənin yanında olduqlarını ifadə ediblər, başsağlığı verərək  bu kədərli anları bölüşdüklərini, qardaş ölkənin yanında olduqlarını  bildiriblər.

Xəbəri paylaş: