İran Azərbaycanla sadəcə olaraq psixoloji savaş aparır

img

İran ilə Ermənistan qoşunları Azərbaycana qarşı hansı təxribat xarakterli planlar hazırlaya bilərlər? Və bu təxribat baş verərsə qarşısı necə alınacaq?

İran, daha doğrusu, İranın molla rejimi həm özünə, həm böyük Türk millətinə, həmdə İslam dininə qarşı xəyanət yolunu tutmuşdur  Bu bir intihar siyasətidir! Mollakratiya- yıxılma üzrə olduğunun fərqindədir. Buna görə də, ən yaxşı bacardıqları işlə yəni, fitnə-fəsad törətməklə ömürlərini uzatmağa çalışırlar. Raketlə vurmaq xəbərdarlığı- çılpaq hədə-qorxudan başqa bir şey deyildir. İran- heç vaxt buna cürət edə bilməz. İran-Azərbaycanla sadəcə olaraq, psixoloji savaş aparır. Və, nəhayət: kiflənmiş mollakratiya anlamalıdır ki, Azərbaycan türklərini savaşla şantaj etmək gülüncdür və gerizəkalılığın əlamətidir. Yəni, savaşsa- savaş!.

İranın iqtisadiyyatı 2023 cü ildə

Ermənistan Respublikasına yardım edəcək qədər güclü ola bilərmi?

 İran iqtisadiyyatı çökmüş vəziyyətdədir. Yəni, sistem böhranı artıq məntiqi yekunla sonuclanmışdır. Rəqəmlərlə oxucuları yormaq istəməzdim: Cəmi bir faktı qeyd etməklə kifayətlənirəm: Ölkə əhalisinin tən yarısı, yəni 50%-i yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Ümumiyyətlə əhalinin yalnız 13%-i orta və varlı təbəqəyə aiddir. 

İran-beynəlxalq təcriddədir. Onun iqtisadi əlaqələrinin dünya bazarına çıxışı İraq və Ermənistan vasitəsilə həyata keçirilir. Əvəllər Rusiya da bu sırada idi. Amma, artıq Rusiya da beynəlxalq sanksiyalara məruz qalmışdır.

Bir sözlə, sırf iqtisadi anlamda İran- necə deyərlər- özünə omac ova bilmir, başqasına necə əriştə kəsə bilər ki?

Yəni, əgər Ermənistan İrandan (enerji daşıyıcıları istisna olmaqla) iqtisadi yardım gözləyirsə, onda hələ çox gözləməli olacaq! Əlbəttə, o vaxta qədər İran və Ermənistan adlanan dövlətlər mövcud olarlarsa!

Əgər  sərhəd də Azərbaycana qarşı təxribat xarakterli  terror törətməyə cəhd edərlərsə, Azərbaycan Dövlətinin yanında hansı ölkələr yer alacaqdır? Və yer alma səbəbləri?

Sərhəddə terror ola bilər. Fitnə-fəsadın doğurduğu yeganə şey terrordur. Əgər, belə hadisə baş verərsə, şanlı Azərbaycan əsgəri gərəkən cavabı onların anladığı dildə verəcəkdir. Azərbaycan nəinki 20-30 il qabaqkı, hətta 2 il qabaqkı dövlət deyil. Ən yeni texnoloji silahlarla  təchiz edilmiş, modern orduya sahib, bütün xalqının ordu olduğu dövlətdir.

Azərbaycanı dəstəkləyən ölkələr içərisində 3-ü xüsusilə seçilir: Türkiyə, İsrail, Pakistan!

Nədən bizi dəstəkləyirlər:

  1. Haqq yolunda olduğumuz üçün!

  2. Nümunəvi insani münasibətlər qurduğumuz üçün! Azərbaycan xalqı ümumibəşəri dəyərlərin əsl mühafizi olaraq qalmaqdadır.Yəni, bu aspektdən qlobal səviyyədə etalon kimi qəbul edilə bilər. 

Konkret olaraq: Nədən Türkiyə?-eyni millətik; nədən İsrail?-Xəzər Xaqanlığı dövründən birlikdəyik; nədən Pakistan?-böyük Türk millətinə genetik olaraq bağlı olduğuna görə; həm də, Pakistan-bizim “damadımız” hesab olunur. Və, nəhayət hər üç ölkə İranı terror ölkəsi kimi tanıyırlar.

Ermənistan Respublikasına  yardım etmək niyə görə İran Respublikası üçün bu qədər önəm daşıyır?

Ermənistanın İran üçün önəmli olmasının əsas səbəbləri sırasında öndə gələnlər:

  1. Bütöv Azərbaycan qorxusu; Ona görə də, Ermənistan Azərbaycanla daima silahlı münaqişələr aparmaq imkanında olmalıdır.

  2. Azərbaycanın nüfuzunun yüksəlişi mollakratiya tərəfindən ölkə əhalisinin orta əsrlərin zehniyyəti çərçivəsində saxlama istəyini aradan qaldırır. Ümumbəşəri dəyərlər, sekulyar cəmiyyət və s. tipli gözləntilər mollakratiyanın yuxusunu ərşə çəkir.

  3. Nəhayət: bəşəriyyətin özü qədər qədim olan təşviş: hakimiyyəti itirmək qorxusu.

Bu sıranı xeyli uzatmaq da olar. Amma, hesab edirik ki, anlama qabiliyyəti olanlar üçün sadalananlar kifayətdir.

Və, sonda: heç kim narahat olmasın!

Necə deyərlər it hürər, karvan keçər!



Rauf Bayrambəyli

İctimai fəal



Xəbəri paylaş: