Türk futbolçunun qol sevinci tənqid olundu - Video

img

Mançester Siti”də çıxış edən türk əsilli futbolçu İlkay Gündoğanın qol sevinci tənqidlərə səbəb olub. 

Rezonans.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 23-cü turunda “Aston Villa” üzərində 3:1 hesablı qələbə qazanan mançesterlilərin yarımmüdafiəçisi qarşılaşmada ikinci qolu vurub və bunu qeyd edib. 

Onun bu sevinci türk azarkeşlərin tənqidinə tuş gəlib. Tərəfdarlar Türkiyədə baş vermiş zəlzələdə həyatını itirənlərə görə Gündoğanın instaqram hesabında paylaşımlara şərh yazaraq onun qol sevincinə etirazlarını bildiriblər.

Daha sonra Almaniya millisinin üzvü instaqram hesabında paylaşım edərək üzr istəyib: “Mənim bütün fikrim Türkiyədə və Suriyada zəlzələdən əziyyət çəkənlərin yanındadır”.  

Xəbəri paylaş: