BDU-nun ikinci korpusu təmirə bağlanır

img

Bakı Dövlət Universitetinin (BDU) infrastrukturun yenilənməsi istiqamətində aparılan işlər çərçivəsində 2 saylı korpusun əsaslı təmirinə başlanılıb. 

Universitetdən Rezonans.az-a verilən məlumata görə, təmirlə əlaqədar 2022-2023-cü tədris ilin yaz semestrində həmin korpusda yerləşən fakültələrinin tələbələri dərslərinə BDU-nun əsas binası, BDU nəzdində “Gənc istedadlar” liseyi və keçmiş “Təfəkkür” Universitetinin binasında davam edəcəklər.

Bura Jurnalistika, İnformasiya və sənəd menecmenti, Şərqşünaslıq, Sosial elmlər və psixologiya fakültələri daxildir.

Xəbəri paylaş: