
Fevralın 12-də Şəmkirdə baş vermiş ağır yol qəzalarında vəfat etmiş 2 qadın rayon məktəblərində müəllim kimi çalışırmış.
Rezonans.az xəbər verir ki, saat 19 radələrində Şəmkir şəhəri-Şiştəpə yolunda idarə etdiyi “Nissan” markalı avtomobillə qəzaya düşərək vəfat edən 1971-ci il təvəllüdlü Təranə Nağıyeva Şiştəpə kənd Qalıb Allahverdiyev adına tam orta məktəbin ingilis dili müəllimi imiş.
Saat 20 radələrində Şəmkir şəhəri Heydər Əliyev prospektində 1980-ci il təvəllüdlü Ceyhun Ədalət oğlu Sadıqov idarə etdiyi "Mercedes Daimler Crysler" markalı avtomobillə yol hərəkəti qaydalarını pozaraq vurub öldürdüyü 1995-ci il təvəllüdlü piyada Səma Ələddin qızı Nağıyeva isə Şəmkir şəhərindəki məktəblərdən birində müəllim kimi fəaliyyət göstərirmiş.
Hər iki hadisə ilə bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.