
Bakıda küçədə anasını qətlə yetirən 15 yaşlı oğlana hökm oxunub.
Rezonans.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü yeniyetmə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin aprelində “Neftçilər” metrostansiyası yaxınlığında qeydə alınmışdı. 1985-ci il təvəllüdlü qadın 2007-ci il təvəllüdlü oğlu tərəfindən qətlə yetirilmişdi.
Oğlana qarşı qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürülsə də, məhkəmə bu qənaətə gəlib ki, yeniyetməyə qətli affekt (ruhi həyəcan) halında törədib.