Zəlzələ bölgəsində hər dörd dəqiqədən bir afterşoklar olur - AFAD

img

İndiyədək 4700-ə yaxın afterşok olub. Çox qeyri-adi bir vəziyyətdir.

 

Rezonans.az-ın məlumatına görə, bunu Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) zəlzələ riski azaldılması üzrə baş direktoru Orhan Tatar deyib.

 

"Hər 4 dəqiqədən bir zəlzələ baş verir. Bu afterşokların əksəriyyəti hiss olunur. 3,5 və daha yuxarı bal gücündə çoxlu afterşoklar var, lakin 4 və daha yuxarı bal gücündə afterşoklar 40-a yaxındır.

Bunlar yaxın günlərdə də davam edəcək. Xüsusilə 5-dən yuxarı baş verə biləcək afterşoklarla qarşılaşa bilərik", - deyə o əlavə edib.

 

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Xəbəri paylaş: