
İran hakimiyyəti Güney Azərbaycanda yeni doğulan körpəyə türk mənşəli adın verilməsinə icazə verməyib.
Rezonans.az xəbər verir ki, bu barədə "Mouzeİran" teleqram kanalı məlumat yayıb.
Bildirilir ki, Təbriz şəhərində yeni doğulmuş körpəyə türk adı qoyulduğu üçün doğum haqqında sənəd verilməyib.
Molla rejimi azərbaycanlı körpəyə qoyulan “Vulkan” adının əcnəbi (türk) olduğunu əsas gətirərək ona doğum haqqında şəhadətnamə verməkdən imtina edib.