Rusiya hər 90 metr üçün 2000 əsgər İTİRİR

img

Rusiya Ukrayna ərazisində ələ keçirdiyi hər 90 metr üçün təxminən 2000 əsgər itirir.

 

Rezonans.az xəbər verir ki, bu barədə “The Times” qəzeti NATO-nun kəşfiyyat məlumatlarına istinadən məlumat yayıb.

 

Nəşr bildirir ki, Rusiyanın itkiləri barədə məlumat Ukraynanın müdafiəsi üzrə təmas qrupunun sonuncu iclasında (“Ramşteyn formatında” görüşlər) açıqlanıb. Qeyd olunan rəqəmə yaralıların sayının daxil olub-olmadığı barədə məlumat verilməyib.

 

Görüş zamanı ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib ki, Rusiya döyüşə çoxlu sayda əlavə resurs göndərməkdə davam edir, lakin hərbçilərin əksəriyyəti zəif təlim keçib və zəif təchiz olunub, ona görə də Rusiya daha böyük itkilərə məruz qalacaq.

Xəbəri paylaş: