Hər dörd ukraynalıdan biri psixoloji travma alıb

img

Müharibə nəticəsində 10 milyon ukraynalı psixoloji travmaya məruz qalıb.

 

Rezonans.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Bürosunun baş direktoru Hans Klyuq bildirib.

 

Onun sözlərinə görə, 4 milyonun Ukrayna vətəndaşının psixoloji travması orta və ya ağır dərəcəli ola bilər.

 

2021-ci ildə Ukraynanın əhalisi 43,79 milyon nəfər olub. Dekabr ayında Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Yarno Habixt də 10 milyon ukraynalının psixi travmaya riski altında olduğunu açıqlayıb.

Xəbəri paylaş: