Azərbaycanda yenə zəlzələ oldu - YENİLƏNİB

img

Gün ərzində Hacıqabul rayonunda dördüncü dəfə zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Rezonans.az-a bildirilib ki, yerli vaxtla saat 20:28-də Şirvan stansiyasından 25 kilometr şimal-qərbdə Hacıqabul rayonunda zəlzələ qeydə alınıb. Maqnitudası 3.7-yə bərabər olan yeraltı təkanların ocağı 2 kilometr dərinlikdə yerləşib.

Zəlzələ bu dəfə də hiss edilməyib.

***11:34

Azərbaycanda zəlzələ olub.

Bu barədə Rezonans.az-a Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Bildirilib ki, yerli vaxtla saat 10:40-da Şirvan stansiyasından 18 km şimal-qərbdə, Hacıqabul rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

Xəbəri paylaş: