Türkiyədə 2639 nəfərə tibbi xidmət göstərilib - FHN

img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Türkiyə Respublikasında güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) qardaş ölkəyə göndərilmiş mobil səhra hospitalında zəlzələdən ziyan çəkmiş insanlara tibbi xidmət davam etdirilir.

FHN-dən Rezonans.az-a verilən məlumata görə, ümumilikdə ötən günlər ərzində 562-si uşaq olmaqla 2639 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib.

Qeyd edək ki, zəlzələ bölgəsində yerli tibbi infrastrukturun tədricən bərpa olunması nəzərə alınaraq, Fövqəladə Hallar Nazirliyinin Kahramanmaraşda olan mobil səhra hospitallarından biri bu gün Bakıya gətirilib, digər hospital isə fəaliyyətini fasiləsiz davam etdirir.

Xəbəri paylaş: