
Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar Bakıya gəlir.
Rezonans.az xəbər verir ki, bu barədə Aİ-nin Xüsusi Nümayəndəsinin ofisindən bildirilib.
Qeyd olunub ki, Aİ-nin region üzrə Xüsusi Nümayəndəsi yüksək səviyyəli müntəzəm məsləhətləşmələr çərçivəsində sabah Bakıda görüşlər keçirəcək.