Taekvondoçularımız Niderlandda 2 qızıl və 1 gümüş medal qazandı

img

Eyndhovendə taekvondo üzrə açıq Niderland çempionatına start verilib.

Rezonans.az xəbər verir ki, yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu alınıb.

Komandamızın heyətində Rahid Vəliyev (54 kq) və Qaşım Maqomedov (58 kq) bütün rəqiblərinə qalib gələrək, qızıl medala sahib olub.

Yığmamızın digər taekvondoçusu Yaşar Məmmədli (68 kq) isə çempionatın gümüş medalına yiyələnib.

Yarışa bu gün yekun vurulacaq.

Xəbəri paylaş: