Zəlzələ qurbanları 2024-cü ilin sonuna qədər vergidən azad edildi

img

Suriya prezidenti Bəşər Əsəd fevralın 6-da baş verən zəlzələlər nəticəsində evlərini itirmiş bütün ölkə sakinlərini 2024-cü ilin sonuna qədər vergilərdən azad edən fərman verib.

Rezonans.az xəbər verir ki, bu barədə Suriyanın North Press agentliyi məlumat yayıb .

Fərman zəlzələdən zərər çəkmiş şəxsləri gəlir vergisi ödəməkdən, rabitə, elektrik enerjisi və su xidmətlərinə görə ödənişdən azad edir.

Əsədin fərmanı təbii fəlakətdən zərər çəkənlərə faizsiz kredit almağa da icazə verir. Dövlət banklarında belə şəxslər 10 ilə qədər 26 000 min dollara qədər kredit ala biləcəklər. Zərərçəkmişlər, həmçinin 2024-cü ilin sonuna qədər fevralın 6-dan əvvəl götürdükləri kreditlər üzrə ödənişlərdən azaddırlar.

Qeyd edək ki, Türkiyədə  zəlzələ qurbanlarının sayının 48 min nəfəri keçdiyi bildirilirdi. Suriyada zəlzələ qurbanlarının sayı, təqribi hesablamalara görə, 6 min nəfərdir.

Xəbəri paylaş: