Türkiyədə zəlzələlər nəticəsində ölənlərin sayı 48 minə çatıb

img

Ölkədə baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 48 min nəfərə çatıb, yaralıların sayı isə 115 mini keçib".

Rezonans.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hatay vilayətində Fövqəladə Hallar Koordinasiya Mərkəzində çıxışı zamanı bildirib.

Ölənlərin sayının 48 minə çatdığı, yaralananların sayının 115 mini keçdiyi, 50 min binanın dağıldığı belə bir fəlakətə Türkiyədən daha sürətli reaksiya verə biləcək ölkə yoxdur” deyə ölkə başçısı bildirib.

Fevralın 6-da Türkiyənin cənub-şərqində 7,7 və 7,6 bal gücündə iki güclü zəlzələ baş vermiş, yeraltı təkanlar  Suriya da daxil olmaqla qonşu ölkələrdə dağıntılara səbəb olmuşdur .

Xəbəri paylaş: