Aydın Səfixanlı: “Fransada irqçilik və islamofobiya indi açıq şəkildə institutlaşdırılıb və qanuniləşdirilib”

img

“Fransada irqçilik və islamofobiya indi açıq şəkildə institutlaşdırılıb və qanuniləşdirilib”.


Rezonans.az-ın xəbərinə görə, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri, İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Haqları Komissiyasının üzvü Aydın Səfixanlı Bakıda “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.


Onun sözlərinə görə, bu gün bəzi Avropa ölkələrində, xüsusən də Fransada islamofobiyanın əhəmiyyətli dərəcədə artdığının şahidi oluruq: “Fransa vətəndaşı, hətta orada doğulmuş bir çox müsəlman hər gün qara siyahıya düşür və polisin hörmətsizliyi və nifrətinin qurbanı olur”.

Xəbəri paylaş: