
2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Qəbələ Rayon İcra Hakimiyyətinin və YAP Qəbələ rayon təşkilatının təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.
Rezonans.az xəbər verir ki, tədbirdə Rayon icra hakimiyyətinin, YAP Qəbələ rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların nümayəndələri və Qəbələ könüllüləri xüsusi ayrılmış ərazidə 3400 ədəd ağac əkib.