
Abşeron rayonunda yanğın olub.
FHN-dən Rezonans.az-a verilən məlumata görə, rayonun Görədil kəndində ümumi sahəsi 100 m² (hər mərtəbəsi 50 m²) olan ikimərtəbəli evin ikinci mərtəbəsində 1 otaq, mətbəx və dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.