Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən var

img

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Rezonans.az xəbər verir ki, iki yük avtomobili toqquşub.

Hadisə Quba-Gəndob-Yalama yolunun 8-ci km-də ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində "KamAZ"ın sürücüsü dünyasını dəyişib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və təcili tibbi yardım briqadası cəlb olunub.

Hadisə nəticəsində yolda tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: