Ermənilər Kəlbəcərin Mehmana kəndindəki yunan kilsələrini dağıdıblar - Xələf Xələfov

img

Bildiyiniz kimi, 2020-ci ildə Vətən Müharibəsində Azərbaycanın şanlı qələbəsi və 30 ilə yaxın işğal altında olan ərazilərimizin azad edilməsi nəticəsində regionda davamlı sülh və sabitlik üçün fürsət yaranıb.

Rezonans.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Bakıda Yunanıstanın Milli Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

Nazir müavini qeyd edib ki, işğal dövründə həmin ərazilərdə şəhər və kəndlərimiz, o cümlədən xalqımızın milli mədəni-tarixi irsi kütləvi şəkildə dağıdılıb. Həmçinin həmin dövrdə ermənilər Kəlbəcərin Mehmana kəndindəki yunan kilsələrini dağıdıb, onları erməni məbədi kimi təqdim etməyə cəhd ediblər.

Xələf Xələfov qeyd edib ki, Azərbaycanın Kəlbəcər rayonunun Mehmana kəndində təxminən 200 il əvvəl yunanlar məskunlaşıb.

Xəbəri paylaş: