Ruslar Mariupolda 2 min ukraynalı əsgəri mühasirədə SAXLAYIR

img

Sergey Şoyqunun sözlərinə görə, Mariupol bütövlükdə azad edilib, lakin silahlılar metallurgiya zavodunda qalırlar.

Ukraynaının Mariupol şəhərini işğal edən Rusiya qoşunları buradakı "Azovstal" zavodunda mövqe tutan 2 minə yaxın ukraynalı əsgəri mühasirədə alıb. Onlardan 1478-i artıq təslim olub.

Rezonans.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu Kremldə prezident Vladimir Putinlə görüşündə Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.

O, Mariupolu “millətçi Azov alayının paytaxtı” adlandırıb. Şoyqunun sözlərinə görə, şəhərin özü azad edilib, lakin silahlılar metallurgiya zavodunda qalıb.


"Ukraynalı yaraqlılar və xarici muzdluların olduğu "Azovstal" zavodu təhlükəsiz şəkildə bloklanıb", - Şoyqu bildirib.
 

Nazir qeyd edib ki, “Azovstal”da əməliyyatı başa çatdırmaq üçün üç-dörd günə vaxt lazımdır.

Xəbəri paylaş: