Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı ölkəmizin keçdiyi siyasi inkişaf yoluna nəzər salmaqla yanaşı, postmünaqişə dövründə Azərbaycanın qarşısında dayanan strateji vəzifələri də müəyyən edən mühüm siyasi platforma rolunu oynadı. Dövlət başçımızın vurğuladığı kimi, ərazi bütövlüyünün və suverenliyin tam bərpası Azərbaycanın qarşısında yeni imkanlar açsa da, bu mərhələ əvvəlki dövrdən fərqli olaraq yeni çağırışlara uyğun daha güclü, çevik və uzaqgörən dövlət siyasətini tələb edir. Prezident İlham Əliyevin çıxışında bir daha aydın şəkildə göstərildi ki, Azərbaycanın bugünkü uğurlarının təməlində Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və siyasi irsi dayanır. Yeni Azərbaycan Partiyasının yaradılması da məhz ölkəmizin ən ağır dövründə xalqın dövlətçilik iradəsinin və Heydər Əliyev siyasi kursuna inamının ifadəsi idi. Prezidentin çıxışının mühüm mesajlarından biri də budur ki, əldə etdiyimiz Zəfər yeni məsuliyyətlərin başlanğıcıdır. Bu gün qarşımızda duran əsas vəzifələr dövlətimizin təhlükəsizliyini daha da möhkəmləndirmək, hərbi gücümüzü artırmaq, iqtisadi müstəqilliyimizi qorumaq, insan kapitalını inkişaf etdirmək və Azərbaycanın beynəlxalq mövqelərini daha da gücləndirməkdir. VIII qurultay Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyi dövrdə keçirilir. Suverenliyin bərpası ilə ölkəmiz yeni dövrə qədəm qoyub. Yeni dövrün reallıqlarına söykənərək müəyyənləşdirilən vəzifələr qalib, bütövləşən Azərbaycanın gələcək inkişafının aydın mənzərəsini təqdim edir. Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yalnız daxili partiya tədbiri kimi deyil, ölkənin siyasi gündəliyinə istiqamət verən mühüm hadisə kimi qiymətləndirilir. Azərbaycan Prezidenti, partiyanın Sədri İlham Əliyevin burada səsləndirdiyi çıxış həm keçilmiş yolun yekunlarını ümumiləşdirdi, həm də gələcək illərin əsas prioritetlərini aydın şəkildə müəyyənləşdirdi. Qurultayda partiyanın tarixi köklərinə də geniş toxunuldu. İlham Əliyev 1992-ci ilin noyabrında Naxçıvanda keçirilmiş təsis qurultayını gələcək qələbələrin başlanğıcı hesab etdi və həmin dövrü ölkənin idarəolunmazlıq həddinə çatdığı, torpaqların ardıcıl itirildiyi, daxildə siyasi qarşıdurmanın dərinləşdiyi illər kimi səciyyələndirdi. Onun fikrincə, o vaxtkı hakimiyyətin zəifliyi və məsuliyyətsizliyi Qarabağda nəzarətin itirilməsinə, Şuşa, Laçın və daha sonra Kəlbəcərin işğalına gətirib çıxardı. Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, Azərbaycanın yeni reallıqlar fonunda qarşısında dayanan vəzifələrin müəyyənləşdirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qurultayda çıxışı keçdiyi şərəfli yolu, ölkəmizin əldə etdiyi tarixi nailiyyətləri və yeni mərhələdə qarşıda duran məqsədləri əhatə edən mühüm siyasi proqram xarakteri daşıyır. YAP-ın VIII Qurultayı təkcə keçmişə nəzər salan siyasi toplantı deyil, həm də gələcəyə istiqamət verən mühüm hadisədir. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə ölkənin qarşısında yeni imkanlar açılıb. İndi əsas məqsəd bu imkanlardan səmərəli istifadə etmək, milli birliyi daha da möhkəmləndirmək, dövlətçilik dəyərlərini qorumaq və Azərbaycan reallıqlarını müasir informasiya mühitində layiqincə təqdim etməkdir. Prezident İlham Əliyevin qurultayda müəyyən etdiyi istiqamətlər YAP-ın qarşıdakı mərhələdə siyasi fəaliyyətinin məzmununu yeni çağırışlara uyğun zənginləşdirməklə yanaşı, partiyanın Azərbaycanın gələcək inkişafında məsuliyyətini də daha da artırır.
Emin Feyzizadə
YAP Tovuz rayon təşkilatının məsləhətçisi










