
Bu gün Milli Məclis İranla bağlı bəyanat yayacaq.
Rezonans.az xəbər verir ki, Milli Məclis İran parlamentinin Azərbaycanın İsraildə səfirlik açmasını pisləyən bəyanatına rəsmən cavab verəcək.
Xatırladaq ki, bir neçə gün əvvəl İran parlamenti Azərbaycanın İsraildə səfirlik açmasına etiraz olaraq bəyanat qəbul edib. Bəyanatda Azərbaycanla bağlı təhdid dolu fikirlər yer alıb. Qeyd olunub ki, Azərbaycan İsraildə səfirlik açması səbəbindən "mənfi siyasi nəticələr"lə üzləşəcək.