İslam dünyasına ən böyük zərbəni İran vurur - Vitse-spiker

img

Azərbaycanın İsraildə səfirliyinin açılması İranı niyə bu qədərə narahat edir? Bu nə hiddətdir ki, parlament səviyyəsində Azərbaycana qarşı bəyanat hazırlanır.

Rezonans.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlament sədrinin müavini Fəzail İbrahimli bildirib.

“Sənin Ermənistanla münasibətlərin necədir? Səfirliklərin, konsulluqların açılması İslam dünyasına zidd deyilmi? İran böyük İslamdır, qalanları kiçik İslamdır?. Bəlkə, onlar düşünürlər ki, bu bəyanat Azərbaycan parlamentində fikir ayrılığına səbəb ola bilər. Unudun, bu fikirləri, buyurun, bu da Azərbaycan parlamentinin cavabıdır. Bu bəyanat böyük riyakarlıqdır. İslam dünyasına ən böyük zərbəni vuran elə İranının özüdür”.

Xəbəri paylaş: