Marselin mərkəzində bina çökdü

Marselin mərkəzində bina çökdü

Fransanın Marsel şəhərinin mərkəzində yaşayış binası uçub.

Rezonans.az xəbər verir ki, bu barədə şəhər meri Benoit Payan bildirib.

Onun sözlərinə görə, saat 00:40-da Tivoli küçəsindəki 17 nömrəli bina uçub, 15 və 19 nömrəli binalar qismən zərər çəkib. Bitişik binaların sakinləri təxliyə edilib.

“Binanın uçmasının səbəbi hələlik bilinmir, lakin partlayışın olmasından şübhələnirik”, - deyə mer vurğulayıb.

Xəbəri paylaş: