Turan Rüstəmovun xatirəsinə həsr olunmuş cüdo üzrə turnir keçiriləcək

img

9 apreldə 15 yaşa qədər kiçik yaşlı yeniyetmələr arasında Turan Rüstəmovun xatirəsinə həsr olunmuş cüdo üzrə Respublika miqyaslı turnir keçiriləcək.


Rezonans.az xəbər verir ki, Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq yarış Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq. Yarışda yeniyetmə oğlanlar arasında 10 çəki dərəcəsində qaliblər bəlli olacaq.


Yarışın əsas məqsədi yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, cüdoçuların yarış təcrübəsinin artırmaq, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.

Xəbəri paylaş: