
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Cavanşir Hümmət oğlu Paşazadə “Şərəf” ordeni ilə təltif edilib.
Rezonans.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Aqil Məhəmməd oğlu Abbasov (Aqil Abbas) 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.