Ukraynada 24 ildir fəaliyyət göstərən oyuncaq şirkəti müharibədən sonra istehsal istiqamətini dəyişib.
Rezonans.az xarici KİV-ə istinadən xəbər verir ki, fabrik Rusiyanın hücumlarında vurulan dünyanın ən böyük yük təyyarəsinin oyuncağını hazırlayıb.
Fabrikdə istehsal olunan oyuncaqlar arasında Türkiyənin Silahlı Pilotsuz Uçuş Aparatı da yer alıb.
Əvvəllər Türkiyədən aldıqları “Bayraktar TB2” üçün mahnılar bəstələyən ukraynalılar indi yumşaq oyuncağını istehsal ediblər.










