İrana xidmət edən agentlərin özlərini gizlətmə yolları.
Bu barədə Rezonans.az-a Azərbaycan Milli Vətənpərvərlər Birliyinin sədri Rauf Bayrambəyli açıqlama verib.
İran Xüsusi Xidmət Orqanlarına agentlik edən vətəndaşlar yeni üsula əl atıblar. Əhali arasında özlərini vətənpərvər göstərərək sosial şəbəkələrin müxtəlif platformalarında vətəndaşlarımıza (- İran bizdən dəfələrlə güclüdür, biz onlar ilə bacarmarıq, məhv olarıq, iran istəsə Azərbaycanı işğal edər) və s. kimi yalan dolu paylaşımlar edərək vətəndaşlarımızda Dövlətimizə və ordumuza olan inamlarını sarsıtmaq istəyirlər. Vətəndaşlarımıza tövsiyyə edirik ki, ayıq-sayıq olsunlar.Bu tip şəxslərə və xəbər portallarına ümumiyyətlə önəm verməsinlər.
Azərbaycan Dövlətinin son zamanlarda Dövlətə xəyanət edən şəxslər barəsində gördükləri tədbirlərdən dolayı narahat olan Tehran hakimiyyəti icimizdə olan üz qarası satqınlara, xainlərə, dövlətini vətənini və ən nəhayət ailəsini bir tikə sümüyə satan agentlərə görünür gizlilik qaydalarına riayyət etmələrinə göstəriş veriblər.










