Milli Qəhrəmanın oğlu 3 nüfuzlu universitetə qəbul oldu

img

Azərbaycanın Milli Qəhrəmanı, “Aprel” döyüşlərinin şəhidi - polkovnik-leytenant Murad Mirzəyevin oğlu Nurlan Mirzəzadə dünyanın 3 nüfuzlu universitetinə qəbul olub.

Rezonans.az xəbər verir ki, bu barədə "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi məlumat yayıb.

Nurlan Corvinus University of Budapest, Eötvös Loránd University (ELTE) və Royal Holloway, University of London universitetlərindən qəbul alaraq böyük uğura imza atıb. 

Xəbəri paylaş: