Azərbaycanda camış qadını öldürdü

img

Salyan rayonunda camış sağıcı qadını öldürüb.

 

Rezonans.az “Qafqazinfo”ya istinadən məlumat verir ki, hadisə rayonun Dayıkənd kəndindəki təsərrüfatda baş verib.

 

Kənd sakini, 1961-ci il təvəllüdlü Göyçə Nəzərova camışı sağarkən iribuynuzlu heyvan təpiklə onu vurub. Ağır xəsarət alan qadın vəfat edib.

 

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: