"Müxalifətçi olmaq üçün Vətən xaini olmaq gərək deyil" - Rauf Bayrambəyli

img

İsa Qəmbərin oğlu İlkin Qəmbərin Ermənistanın saxta tarixi barədə çəkilən filmdə ssenarist olmağına, Azərbaycan Milli Vətənpərvərlər Birliyinin sədri Rauf Bayrambəyli münasibət bildirib.


Rezonans.az-ın məlumatına görə o bildirib ki, müxalifətçi olmaq üçün vətən xaini olmaq gərək deyil . Düşünürəm ki, Vətən xaini olan şəxslərin xainlik qanlarında vardır. Hər şeyi kənara qoyaq, bir Azərbaycanlının hansı ölkə də yaşamağından aslı olmayaraq, ölkəsinə düşmən olan, tarix boyu vətəndaşlarına soyqrım törədən bir ölkənin saxta tarixini təbliğ etmək, nə kişiliyə sığar nə də bunun başqa bir adı var. Yalnız bir adı var. VƏTƏN XAİNİ. Mən İsa Qəmbərin özünə bir sual yönəltmək istərdim. Vəzifədə olan   bir şəxsin övladı sizin övlədınız kimi xainlik etsəydi, tərəfsizlik nümayiş etdirərdinizmi? Və yaxud da azad insandır deyib mövzunun üstündən keçməyə çalışardınızmı? Hesab edirəm, övlad ailənin aynasıdır. 


Düşünürəm ki, bundan sonra İsa Qəmbərin türkçülük , Dövlətçilik tərəfindən danışması düzgün sayılmaz və xalq tərəfindən gülüş obyektinə çevrilər - deyə Rauf Bayrambəyli qeyd edib.

Xəbəri paylaş: